Xəbərlər
Aprel ayında Ceyhan limanından dünya bazarlarına 2,6 milyon tondan çox Azərbaycan nefti çıxarılmışdır
Cari ilin aprel ayı ərzində 2 milyon 633 min 818 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılmışdır. Bunun 1 milyon 840 min 490 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir.
Azərbaycan Respublikası Dövlət Neft şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilən gündən 2014-cü il mayın 1-dək Ceyhan limanından 242 milyon 639 min 231 ton Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır.