YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Prezident İlham Əliyev tarixə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsinin – Qarabağ Zəfərinin memarıdır

Dünya tarixinin yeni qəhrəmanlara ehtiyacı var idi. Azərbaycan xalqının Qarabağ Zəfəri bu ehtiyacı ödəyəcək qədər böyük və tarixə qızıl hərflərlə yazılan bir qəhrəmanlıq salnaməsi oldu. Bu Qələbənin memarı isə böyük siyasi xadim, Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevdir.

Bu fikirləri Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib.

Akkan Suver deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın tarixi Qarabağ torpağını otuz il davam edən işğaldan azad edərək yalnız Azərbaycan xalqının deyil, bütün dünya türklərinin, sözün əsl mənasında, ürəyinə su sərpdi. Bu gün Azərbaycan bayrağı Qarabağ səmalarında qürurla dalğalanır. Dünyanın COVID-19-la mübarizə apardığı bir dövrdə Azərbaycan tarixinə yazılan bu şərəfli səhifələr bir xalqın, bir liderin gələcək nəsillərə qoya biləcəyi ən böyük mirasdır. Bu şanlı Qələbənin önəmi gələcək nəsillər tərəfindən daha çox hiss ediləcək.

Azərbaycanın son otuz il ərzində keçdiyi keşməkeşli yoldan danışan müsahibimiz bildirib ki, son illər Azərbaycan tarixinin ən çətin, bir o qədər də şərəfli səhifələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf yolu böyük sərkərdə İlham Əliyev tərəfindən uğurla davam etdirilərək qələbə ilə taclandırıldı. Otuz il əvvəlki və indiki Azərbaycan arasında müqayisə edilməyəcək dərəcədə böyük bir fərq var. İndi biz hərtərəfli inkişaf etmiş, dünya ölkələri arasında öz sözünü deyən böyük bir Azərbaycan görürük. Bütün bunların heç də asan başa gəlmədiyini hamımız bilirik. Lakin biz bu inkişafın daha da irəliləyəcəyinə inanırıq. Azərbaycanın cənnət məkanlarından olan Qarabağın da yaxın gələcəkdə inkişafına şahid olacağımızı tam əminliklə deyə bilərik.

DİGƏR Xəbərlər Arxiv