YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirildi

YAP Səbail rayon təşkilatında, Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinin memarı, görkəmli dövlət xadimi, möhtərəm Prezident və müzəffər Ali Baş Komandan İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyətinə həsr olunan “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev” mövzusunda videokonfrans keçirildi.

Səbail rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, partiya veteranlarının və gənc fəalların iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, sədr müavini Mehman İsmayılov, Aparat rəhbəri Zəfər Bayramov, İdarə Heyətinin üzvləri – “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, Adilə xanım Abasova, Rayon Şurasının üzvləri – 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, 239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova, 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova, Azərbaycan Respblikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, “Təhsil tədqiqatçıları” (Azərbaycan Respublikasının Təhsil İnstitutu) ərazi ilk partiya təşkilatının sədri Piralı Əliyev, Qadınlar Şurasının sədri Təranə Kərimova, Gənclər Birliyinin sədri Riyad Rüstəmli, fəal gənclər Bəyim Nəbiyeva və Fuad Heydərli çıxış etdilər. Natiqlər, adını müasir Azərbaycan tarixinə qızıl hərflərlə həkk edən Prezident İlham Əliyevin müstəqil daxili və xarici siyasətinin mühüm tərkib elementlərini, o cümlədən Vətən müharibəsində həm döyüş meydanında, həm də diplomatik masada əzəli düşmənimiz üzərində qazanılmış inamlı, parlaq qələbəmizi təmin edən güclü, müasir ordu quruculuğunun və dinamik, dayanıqlı iqtisadi inkişafın Azərbaycan modelinin müxtəlif aspektlərini geniş təhlil etdilər.

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev partiya təşkilatının çoxminli üzvləri adından Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi 24 dekabr doğum günü münasibətilə təbrik etdi və ən səmimi arzularını bildirərək ölkə başçısına möhkəm cansağlığı, sağlam uzun ömür, Azərbaycanın gələcək inkişafı naminə şərəfli fəaliyyətində yeni-yeni uğurlar, ailəsinə xoşbəxtlik, səadət arzuladı. Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun düşmən tapdağından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün, dövlət sərhədlərinin, suverenliyinin tam bərpa edilməsi münasibətilə müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunu, bütün xalqımızı təbrik edən Ş.Hacıyev diqqətə çatdırdı ki, Azərbaycan xalqı möhtərəm Prezidentimizlə sözün əsl mənasında qürur duyur, fəxr edir. Bütün Türk dünyası, eləcə də Azərbaycan xalqına dost-qardaş olan dövlətlərin vətəndaşları, sülhsevər dünya ictimaiyyəti Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə sevincini bölüşür. Qeyd olundu ki, 44 günlük Vətən müharibəsi dövründə cənab İlham Əliyev döyüş meydanında, siyasi arenada, beynəlxalq informasiya mübarizəsində misilsiz uğurlara imza atdı, işğalçı Ermənistanın uydurmalarını, erməni miflərini dağıtdı, Azərbaycan xalqını məğlubiyyət, fəlakət, müsibət nisgilindən xilas etdi, Türk millətinin başını ucaltdı, Azərbaycan xalqının qəhrəmanlığını, məğlubedilməzliyini, qələbə əzmini, döyüşkənliyini və işğalla heç bir zaman barışmadığını bütün dünyaya nümayiş etdirdi. İlham Əliyevin memarı olduğu bu tarixi qələbə nəticəsində Azərbaycan, düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməklə yanaşı, müstəqillik tarixinin yeni, möhtəşəm, şərəfli tarixini yazdı. Ş.Hacıyev vurğuladı ki, bu qələbə Prezident İlham Əliyevin rəhbəliyi ilə Azərbaycanın ötən 17 il ərzində əldə etdiyi misilsiz iqtisadi, siyasi, diplomatik uğurların, gərgin əməyin nəticəsidir. İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına xidmət edən fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamıdır. İlham Əliyev Azərbaycan üçün mümkünsüz görünənləri reallaşdırdı. “Ölkəmizin hazırki iqtisadi, hərbi qüdrəti, müsbət beynəlxalq imici və dünya ictimaiyyətinin diplomatik dəstəyi olmasaydı Azərbaycan təkbaşına bu münaqişəni həll edə bilməzdi. Lakin Prezident İlham Əliyevin görkəmli dövlət xadimi, əsl Liderə xas şəxsi keyfiyyətləri, cəsarəti, intellekti, uzaqgörənliyi, situasiyanı düzgün qiymətləndirmə, adekvat, optimal qərar qəbul etmə qabiliyyəti və Xalq-İqtidar-Ordu birliyinə arxalanması nəticəsində Azərbaycan bu gün regionun Lider ölkəsinə, yeni geo-siyasi və geo-iqtisadi reallıqlar yaradan güc mərkəzinə, güclü iqtisadiyyata malik qüdrətli, demokratik, müstəqil, dünyəvi dövlətə çevrilib. İlham Əliyev yeni dövrdə Türk dünyasının yeni Lideridir. Müzəffər Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsi dövründə dünyanın nüfuzlu telekanallarına, aparıcı informasiya agentliklərinə verdiyi çoxsaylı müsahibələrində ölkəmizi, xalqımızı bütün dünyaya yenidən təqdim etdi. Azərbaycan, İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında və diplomatik masada əldə etdiyi misilsiz nailiyyətlər nəticəsində uzun illərdən sonra məğrur, qalib dövlətə çevrildi. İndi isə Azərbaycan üçün tamamilə yeni, möhtəşəm inkişaf dövrü başlayır. Xalqımız, illərdir düşmənin viran qoyduğu torpaqlarımızı İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə yenidən quracaq, o bölgələrimizə məxsus zəngin tarixi, mədəni, dini irsimizi bərpa edəcək, Qarabağı və ətraf rayonları cənnət məkana, beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirəcək. Azərbaycan dünyanın ən inkişaf etmiş, əhalinin yüksək rifahının təmin olunduğu ölkələrdən birinə çevriləcək. Bu şərəfli vəzifələrin icrasında sözsüz ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin mühüm töhfələri olacaq. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkə başçısı İlham Əliyevin müsəlləh əsgəridir. Bizim yolumuz Ulu Öndər Heydər Əliyev yolu, siyasətimiz İlham Əliyev siyasətidir.”

Konfransda çıxış edən digər natiqlər İlham Əliyev şəxsiyyətini, zəngin dövlətçilik təcrübəsini, liderlik xüsusiyyətlərini və siyasi uğurlarını geniş şərh edərək, müasir müstəqil Azərbaycan dövlətçiliyinin tarixi nailiyyətlərindən və inkişaf perspektivlərindən, ölkə başçısı İlham Əliyevin Azərbaycanın siyasi maraqlarını yüksək səviyyədə layiqincə qorumasından və Vətən müharibəsində xalqımıza bəxş etdiyi möhtəşəm Qələbə sevincindən danışdılar. Konfrans iştirakçıları Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə “Xalqın Qəhrəmanı” Fəxri adının verilməsi təklifini yekdilliklə dəstəklədilər.

DİGƏR Xəbərlər Arxiv