Xəbərlər
Milyonlarla azərbaycanlının arzusunu gercəkləşdirən Güclü lider, Böyük sərkərdə
«Güclü iqtisadiyyatı, qüdrətli Ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə tariximizə yeni səhifə yazdı. Azərbaycan işğalçı Ermənistana böyük zərbə vuraraq, onun kimliyini dünyaya bir daha göstərmiş oldu. Bu qələbəni xalqimız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanmiş oldu. 44 günlük Vətən müharibəsi cənab İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Zəfər ilə sona yetdi. Ağdam, Kəlbəcər və Laçın rayonu qan tökülmədən, şəhid vermədən geri qaytarıldı». Bu fikirləri yap.orq.az saytına aciqlamasinda millət vəkili Kamaləddin Qafarov bildirib.
Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün döstəricisidir, deyə millət vəkili vurgulayıb: «Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. «Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır», deyən cənab Prezident bildirib ki, biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik: «Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Dövlət başcisinin siyasi iradəsi, qətiyyətli mövqeyi nəticəsində bu gün doğma evimizə - Qarabaga yol alırıq.
Tarixi ədalət bərpa olundu. Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində Ermənistan ordusunun vəhşiliyini, barbarlığıni diqqətə catdirdı. Təcavüzkar ölkəyə havadarlıq edənləri kəskin tənqid edərək, onların iç üzünü açıb bütün dünyaya göstərdi. Haqq yerini tapdı. 44 günlük müharibədə ordumuz qəhrəmanlıq dastanı yaratdı. Qələbəmizin təntənəsi olaraq hərbi parad kecirild. Silahlı Qüvvələrimiz döyüş meydanında əldə etdiyi nailiyyətlər, o cümlədən düşmən tərəfindən ələ keçirilən qənimətlər, zirehli və yüngül texniklar, artilleriya vasitələri və topları bu paradda nümayiş etdirməklə, düşmən ordusuna böyük zərbə vurdugunu göstərmiş oldu. Dövlətimizin başçısının 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq yerinə düşərdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Nəhayət həmin gün yetişdi. Bütün dünya qalib Azərbaycan Ordusunun Zəfər paradını gördü. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsinə nail olduq. Xalqımız bu qələbənin sevincini, onun doğurduğu qürur hissini yaşayır.
K.Qafarov xüsusi olaraq vurğuladı ki, şübhəsiz, xalqın öz Prezidenti ətrafında bir yumruq olaraq birləşməsi bizi Böyük Qələbəyə apardı, Azərbaycan bayrağının işğaldan azad olunan torpaqlarımızda ucaldılmasını hər kəsin 30 ilə yaxın bir zamanda gözlədiyi möhtəşəm hadisə oldugunu bildirdi: «Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq".
Cənab Prezident Qarabağın gələcək sosial-iqtisadi vəziyyəti ilə bağlı da ciddi addımlar atılacağını qeyd etmişdir. Bugün Qarabağın cənub hissəsindən keçərək Şuşaya gedən magistral, respublika əhəmiyyətli yolun çəkilməsinə sürətlə başlanılması regionun gələcək inkişaf tempini göstərir.
Millət vəkili bildirmişdir ki, dövlətimizin başçısı son 17 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyevin son 17 ildə imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik, real qərarlarla ölkəmizin dinamik yüksəlişini təmin etdiyini bildirdi. Dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub.
«Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Son 17 il həqiqətən müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Dövlət başcisinin verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Azərbaycan dünyada güclü və nüfuzlu dövlət və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Son 17 ildə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müstəqil dövlətimizdə kənd təsərrüfatında, kosmik sənayedə, hərbi sənayedə, səhiyyədə, təhsildə və s. əldə olunan uğurlar, eləcə də, beynəlxalq səviyyədə qurduğu münasibətlər, davamlı inkişaf əldə olunan nailiyyətlərdir.
Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.
Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Dövlət başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkədə həyata keçirilən siyasətin mərkəzində, məhz Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar miqyasına görə, heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə qayğı və s. dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür.
Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam".
Həqiqətən də, belə oldu. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on yedd il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.
«Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır.
K.Qafarov bildirmişdir ki, bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Son 17 il həqiqətən müstəqil Azərbaycan dövlətinin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Cənab İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Dövlət başcisinin verdiyi bütün vədlər və təqdim etdiyi proqramlar yerinə yetirilib. Əldə edilən ugur nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirmişdir”.