YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir

Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir. Monitorinq Mərkəzinin yaradılması barədə birgə bəyanatda da deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək.

Bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söyləyib.

“Orada hazırda nələr baş verməsinə gəldikdə isə, Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın “Xirosima”sı adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri də onun kimi məqsədyönlü şəkildə dağıdılıb”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Dünyanın bəlkə də son yüzilliklərdə belə vəziyyət görmədiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Qeyri-qanuni məskunlaşma aparılan şəhərlərdə, xüsusən Kəlbəcər rayonunda, Kəlbəcər şəhərində bəzi binalar qalıb. Lakin ermənilərin oradan çıxmalı olduğu 20 günlük və ya 15 günlük müddətdə - noyabrın 10-dan dekabrın 1-dək ermənilər həmin binaları yandırıb və dağıdıblar. Onlar hətta özlərinin tikmədikləri evləri də dağıdıblar. Onlar, sadəcə, azərbaycanlıların evlərinə köçmüşdülər. Onlar hər şeyi yandırır, daşıyıb aparırdılar. Ağacları qırırdılar, hətta satmaq üçün apara bilmədikləri ağacları da kəsir, yolda atıb gedirdilər. Meşələri yandırırdılar. Ona görə də bu vandalizm, təəssüf ki, indiyə qədər davam edirdi”.