Xəbərlər
Prezident İlham Əliyev üç hərbi qulluqçuya “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb
Dekabrın 9-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və ehtiyatda olan baş çavuş İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Xatırladaq ki, dövlətimizin başçısının digər sərəncamları ilə Silahlı Qüvvələrimizin 33 hərbi qulluqçusu (3 nəfər ölümündən sonra) “Zəfər”, 204 nəfəri (48 nəfər ölümündən sonra) “Qarabağ” ordeninə layiq görülüb. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 82 hərbi qulluqçusuna, o cümlədən 2 general-leytenant, 2 general-mayor, 10 polkovnik və başqalarına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.