YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Məmmədov: Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub

“Bu günlərdə Azərbaycan xalqı Zəfər günlərini yaşayır. Xalqımız bu günlərdə böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Hazırda qarşıda yeni mühüm vəzifələr durur. Bu da baş verənləri ciddi təhlill etmək, nəticə çıxarmaq və bu qələbənin rellaşmasında payı olan heç kəsi unutmamaqdan ibarətdir.  Digər vacib məsələ isə şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğıda saxlamaq. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub. Bu kateqoriyadan olan insanlar hər zaman dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünün daha qabarıq formada İkinci Qarabağ savaşında daha açıq büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədilər. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.

Millət vəkilinin sözlərinə görə, bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalaması xüsusi önəm daşıyır: “Qeyd etdiyimiz ki, dövlət bu kateqoriyadan olan insanların ailələrinin maddi durumunun yaxşılaşıdırlması istiqamətində bütün zəruri addımları atır. Bu qərar bu sahədə vətəndaş cəmiyyətin iştirakının və şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Fərmanda da qeyd olunduğu kimi, Fondun yradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Sözsüz ki, bu Fərman həmin kateqoriyadan olan insanlara diqqət və qayğının artırılmasında, onların problemlərinin mərkəzləşdirilmiş qaydada həllində ciddi rol oynayacaq. Bu Fərman eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir”.

 

 

DİGƏR Xəbərlər Arxiv