YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Müzəffər Ordumuz şanlı qələbəsini Azadlıq meydanından dünyaya nümayiş etdirəcək

“44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız  sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix  30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb kecdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi. 10 noyabr Azərbaycanın qələbə, Ermənistanın kapitulyasiya tarixidir. Ölkə Prezidenti, Ali Baş Komandan  İlham Əliyev  qələbə Bəyannaməsini  fəxrlə, Errmənistanın   baş naziri Nikol Paşinyan isə  gizli şəkildə imzaladı.  Azərbaycan xalqı qüdrətli Sərkərdə və müdrik lider  İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib  bayram tədbirlərini keçirir,  ermənilər Paşinyanın istefasını tələb edir. Məhz bu fərqli yaşananlar qalib  Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin  aydın mənzərəsini təqdim edir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.   

    M.Həsənov qeyd edib ki, hər bir tarixi  gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir: “Bu baxımdan illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq  üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 27 ildə, yəni müasir müstəqil Azərbaycan dövlətinin  qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirəcək. 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan edən Ordumuz  bu şanlı  zəfərini 10 dekabrda  Azadlıq meydanından dünyaya nümayiş etdirəcək.”

    Millət vəkili qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli zəfər bayrağımız parada gətiriləcək: “30 ildə xalqımız heç zaman sabaha, torpaqlarımızın işğaldan azad olunacağı günə  inamını itirmədi. Hər zaman bu əminlik ifadə olunurdu ki, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan  diplomatik qələbəmiz  nəticəsində Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır.”

    “Qələbə sevincimizin aydın ifadəsi olan Qələbə paradına hazırlıq işləri görülür” söyləyən M.Həsənov qeyd edib ki,  paytaxt Bakımızın küçə və meydanlarını, parklarını,  yaşayış binalarını üçrəngli bayrağımız bəzəyir.  Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi  nümayiş olunacaq. Bu parad digər hərbi paradlardan tamamilə fərqlənəcək. Adından da göründüyü kimi, bu parad  özündə Qələbə əhval-ruhiyyəmizi, sevincimizi ehtiva edəcək. Peşəkar, döyüş ruhlu  ordusu olan xalqın müstəqilliyi əbədidir. Ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.

    Millət vəkilı onu da əlavə edib ki, hər zaman Azərbaycanın yanında olan, 44 günlük müharibədə Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bir daha  nümayiş etdirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Bakıya gələrək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə paradda iştirak edəcək. Qələbə paradı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin növbəti təqdimatı olacaq.


 

DİGƏR Xəbərlər Arxiv