YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər ölkələrimiz arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər

Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı ölkələrimiz arasında humanitar sahə ilə bağlı nəzərdə tutulan planlardan danışıb.

Dövlətimizin başçısı İtaliyaya dövlət səfəri çərçivəsində təhsil sahəsində əməkdaşlıq məsələsinin də müzakirə olunduğunu diqqətə çatdıraraq deyib: “İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram və mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək”.

Prezident bildirib ki, fakültələrin siyahısına memarlıq fakültəsinin də əlavə olunmasını təklif edib: “Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər”.