YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir

“Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Eldəniz Səlimov bildirib ki, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü  ərzində 4 rayonumuzu - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi, düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı.

Millət vəkilinin sözlərinə görə, bu müharibə Ermənistan üçün sosial və iqtisadi yöndə çox ağır başa gəldi: “Onsuz da borcun içində üzən bir dövlət daha da pis vəziyyətə düşdü. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz silah sursatın dəyəri milyardlarla dollar dəyərindədir. Hər kəsə məlum idi ki, bunlar Ermənistana hansı yollarla gəlir və pulsuz olaraq silahlandırılırlar. Lakin bu bizim üçün heç nəyi dəyişmədi. Azərbaycan öz gücünü istər siyasi istərsədə hərb meydanında layiqincə göstərdi və sübuta yetirdi ki, biz öz ərazi bütövlüyümüz uğrunda canımızdan da keçməyə hazırıq və bunu da etdik. Tənəzzül yolunda irəliləyən Ermənistanın torpaqlarımızı boşaltmaq üçün hazırlanmış bəyanata qol çəkməkdən başqa çıxış yolu yox idi. Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi. Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir”.