YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Laçının azad olunması ilə ərazi bütövlüyümüz təmin edildi

“Azərbaycan tarixi qələbəyə imza atdı. Dekabrın 1-i xalqımızın həyatında tarixi günlərdən biri kimi qalacaq. Çünki 28 ildən sonra Laçın rayonu erməıni işğalından azad edildi”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov qeyd edib ki, 28 öncə Laçının işğalı xalqımız üçün böyük faciə oldu: “1992-ci il xalqımızın tarixində ən ağır illərdən biri kimi yaddaşlarda qalır. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə seçilən, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmağa başladı, demək olar ki, Şuşanın işğalı Laçının talehini həll etdi. Bununla da Laçının işğalına yol açıldı”.

M.Cəfərov bildirib ki, Laçın işğal olunandan sonra sərvəti talan olunaraq Ermənistana daşındı, ermənilər mədəniyyət ocaqlarımızı, tarixi-memarlıq abidələrimizi o torpaqlardan izlərimizi silməyə çalışdılar. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, müxtəlif rəngli mərmər yataqları talan edildi. Millət vəkilinin sözlərinə görə, Ermənistan işğalçı siyasətini davam etdirərək, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olurdu.

“Amma öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı ordumuz və dövlətimiz dekabrın 1-də Laçının işğaldan azad edilməsi ilə Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan sərhədləri və ərazi bütövlüyü təmin etdi. Əlbəttə ki, bu tarixi qələbə 44 günlük Vətən müharibəsi sayəsində əldə edildi. Ali Baş Komandanımızın rəhbərli ilə rəşadətli ordumuz bu müddət ərzində düşmən ordusunu darmadağın etdi. Buna görə də, düşmən Ağdam, Kəlbəcər, o cümlədən Laçın rayonunu qan tökülməədn geri qaytarmağa məcbur oldu.   Artıq Azərbaycan – Ermənistan dövlət sərhəddinin sonuncu santimetrinə kimi Azərbaycan əsgərləri post qurub, dayanıblar. Bugünlər tariximizə qızıl hərflərlə yazılacaq”,-deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv