Xəbərlər
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanatı məmnunluqla qarşıladıq. Azərbaycanın istəyi ilə Türkiyə bölgədə atəşkəsə nəzarəti də həyata keçirəcək.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “IV TRT World Forum 2020”də çıxışı zamanı səsləndirib.
Ermənistanın hərbi təcavüzü nəticəsində münaqişənin yenidən şiddətləndiyini xatırladan M.Çavuşoğlu deyib: “1990-cı illərin əvvəllərindən bəri Azərbaycanın torpaqlarının 20 faizinin qeyri-qanuni işğalına “dondurulmuş münaqişə” kimi yanaşılıb. Son hadisələr bu məsələnin dondurulmuş münaqişə olmadığını göstərdi. Münaqişə elə münaqişədir və hər an gərginləşə bilər. Dondurulmuş olan münaqişə deyil, onun həllidir”.