Xəbərlər
Şimon Lankri: Azərbaycan multikulturalizminin öyrənilməsi vacibdir
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdə səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kamal Abdullayev Azərbaycanda tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki milli, dini icmalara göstərilən bərabər qayğı və diqqətdən, multikulturalizmin Azərbaycan modelinin dünya xalqlarına və dövlətlərinə nümunə kimi təqdim edilməsi üçün atılan addımlardan söz açıb.
Akko şəhərinin meri Şimon Lankri ilk dəfə Azərbaycanda olduğunu dedi. Akkoda bir çox millətlərin nümayəndələrinin yaşadığını bildirən mer Azərbaycan multikulturalizminin bu şəhərdə həm akademik, həm də digər müstəvilərdə öyrənilməsi üçün əməkdaşlığa hazır olduqlarını söyləyib. O, yəhudilərlə yanaşı, müsəlmanların, xristianların da yaşadıqları bir şəhərdə bunun çox vacib olduğunu vurğulayıb.
Görüşdə İsrailin və Azərbaycanın təhsil, mədəniyyət, multikulturalizmin təşviqi baxımından birgə əməkdaşlığı mövzusunda fikir mübadiləsi aparılıb.