Xəbərlər
Arif Rəhimzadə: Seçkilərin nəticələri bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək
Milli Məclisin qarşıdan gələn yaz sessiyasında bələdiyyələrlə bağlı bir sıra qanun layihələrinə baxılacaq. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
A.Rəhimzadə bildirib ki, son seçkilərdən sonra artıq bələdiyyələr tərkibdə fəaliyyət göstərir. Onun fikrincə, seçkilərin nəticələri bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək.
«Yaz sessiyasında komitəmizin iş planına “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edlməsi barədə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və bir sıra qanunlarda əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələri daxildir»- deyə, komitə sədri vurğulayıb.