Xəbərlər
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.
Bildirilir ki, Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.