Xəbərlər
Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır
Rəsmi Paris qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.
“Noyabrın 25-də Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır”, - deyə məlumatda bildirilir.