Xəbərlər
Hulusi Akar: Fransa Qarabağ məsələsində problemin bir hissəsi olduğunu növbəti dəfə göstərdi
Fransa Qarabağ münaqişəsinin həllində maraqlı deyil, problemin bir hissəsi olduğunu növbəti dəfə göstərdi.
Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar açıqlamasında bildirib.
Türkiyəyə məxsus gəmidə aparılan axtarışla əlaqədar Qərbin açıqlamalarına toxunan nazir qeyd edib ki, onlar vəziyyətin hüquqazidd olduğunu bildikləri üçün günahı bir-birilərinin üzərinə atmağa çalışırlar”.