Xəbərlər
Sahibə Qafarova: Koronavirusla mübarizə ümumxalq işidir
“Koronavirusla mübarizə ümumxalq işidir və hamı bir nəfər kimi bu xəstəliklə mübarizə aparmalıdır”. Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Sahibə Qafarova bildirib ki, koronavirus pandemiyası ilə vəziyyət ciddiləşib.
“Milli Məclisin deputatları arasında da koronavirusa yoluxanlar var. Hər kəs sağlamlığına diqqət yetirməli, sanitar-gigiyena qaydalarına riayət etməlidir”,-deyə soiker vurğulayıb.