YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hulusi Akar: Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd olan heç bir iş görməyib

Azərbaycanla bağlı qərar qəbul olunub. Hazırlıqlarımız başa çatıb. Bu qərardan irəli gələn vəzifələrə uyğun olaraq əsgərlərimiz Azərbaycandakı xidmətlərinə başlayacaqlar. Bununla bağlı xüsusilə quru qoşunlarımız tədarükü başa çatdırıb. Hərbi Hava Qüvvələrimiz birlikləri daşımaq üçün hazırdır.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar ifadə edib.

Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxın Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyini diqqətə çatdıran nazir deyib: “Rusiya ilə müzakirələrimiz davam edir. Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin müdafiəsi üçün nə tələb olunurdusa, hamısını etmişik və edirik.”

Bəzi Qərb ölkələrinin proseslə bağlı sərgilədiyi ədalətsiz mövqeyə münasibət bildirən nazir qeyd edib: “Həqiqətdən uzaq fikirlər tam şəkildə yanlış dəyərləndirmədir. Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd olan heç bir iş görməyib. Həyata keçirilənlərdə əsas məqsəd 30 ildən bəri işğal altında olan torpaqların düşməndən azad edilməsindən ibarətdir. Bunu hər kəs bilməlidir”.

Vətənin qorunmasının və işğal altındakı torpaqların azad edilməsinin müqəddəs borc olduğunu xatırladan nazir deyib: “Azərbaycan Ordusu məhz bu işi görüb. Ermənistan ordusu isə bütün dünyanın gözü qarşısında Azərbaycanın mülki yaşayış məntəqələrini, şəhərləri, dinc insanları bombalayıb”.