YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir

Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Demokratiya Naminə Avropa Fondunun nümayəndələri ilə görüşüb.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, Mübariz Qurbanlı bu cür görüşlərin keçirilməsinin fikir və təcrübə mübadiləsi baxımından vacib olduğunu söyləyib. Dünyəviliyin və tolerantlığın Azərbaycan xalqının təfəkkür tərzi olduğunu söyləyən sədr Azərbaycanda bütün konfessiyaların dinc şəraitdə fəaliyyət göstərdiyini söyləyib və əlavə edib ki, bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz. M.Qurbanlı deyib: “Bizim multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər. Ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir”.
Görüşdə müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.