Xəbərlər
TBMM-in Sədri: Türkiyə haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək
Türkiyə indiyədək olduğu kimi, bundan sonra da tarixi həqiqətlərə və beynəlxalq hüquqa əsasən haqlı mübarizəsində və torpaqlarının müdafiəsində Azərbaycanın yanında olmağa davam edəcək.
Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop bildirib.
“Biz bu coğrafiyada hər zaman davamlı sülhün tərəfdarı olmuşuq”, - deyən Sədr bildirib: “Biz ədalətə və hüquqa olan inamımızla Şərqi Aralıq dənizində yaranan gərginliyin də diplomatik yollarla həllinin tərəfdarıyıq. Yaşadığımız coğrafiyada davamlı sülhə nail olmaq üçün qətiyyətli mövqeyimizi qoruyacağıq”.