Xəbərlər
Azərbaycan Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurulması ilə bağlı yaydığı məlumatları təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusuna məxsus PUA-nın cəbhə xəttində guya vurulması barədə Ermənistanın yaydığı məlumat yalandır.