Xəbərlər
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı təsdiqlənib
Prezident İlham Əliyev yanvarın 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.