YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun təşkilatçılığı ilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün keçirilən bayram şənliyində iştirak etmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və dahi şəxsiyyətin adını daşıyan Fondun yaradılmasının 10 illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak etmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi açılmışdır.

Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət etmişdir.

Şənlikdə iştirak edən uşaqlar onlar üçün təşkil edilən konsert proqramından və müxtəlif viktorinalardan zövq almış, cizgi filmlərinin personajları ilə yaxından tanış olmaq imkanı qazanmışlar. Uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Ümummilli Liderin adını daşıyan Fond müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildə fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir.