Xəbərlər
Misir portalı: Prezident İlham Əliyev Azərbaycan Ordusunun yeni kəndləri azad etdiyini elan edib
Misirin diplomatik “Aldiplomasy” nəşri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün rəsmi “Twitter” səhifəsində Ordumuzun Füzuli və Xocavənd rayonlarının bir sıra kəndlərini azad etməsi barədə paylaşımı ilə bağlı ingilis dilində xəbər yerləşdirib.
Xəbərdə dövlətimizin başçısının aşağıdakı sözləri yazılıb: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.