Xəbərlər
MN: Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri-hərbi hədəfə atəş açmır. Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir.