Xəbərlər
Avrasiya İqtisadi Zirvə Görüşündə Dağlıq Qarabağ mövzusu müzakirə olunur

İstanbulda XXIII Avrasiya İqtisadi Zirvə Görüşü işini davam etdirir.
Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan toplantı onlayn formatda baş tutub.
Görüşün ikinci günündə “Davam edən insanlıq dramı- Dağlıq Qarabağ”, “Sülh və təhlükəsizlik”, “Terror və bölgəsəl qarşıdurmalar”, “Qloballaşmada gücün yeni balansları və koronavirusdan sonra yeni balansların işığında hörmət və idarəetmə” və “Dəyişiklik liderləri-qadın lider platforması” mövzuları müzakirə olunacaq.
Tədbirdə dünyanın 45 ölkəsinin nümayəndələri iştirak edirlər.