YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Onkologiya Mərkəzi xalqımıza, ordumuza dəstək verir

          Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin rəhbərliyi və bütün kollektivi ölkəmizdə gündən-günə  genişlənən Milli Orduya dəstək aksiyasına qoşulmuşlar. Sentyabrın 27-dən etibarən Milli Onkologiya Mərkəzinin xeyli gənc həkim və mütəxəssisi Vətən torpaqlarını işğaldan  azad etmək uğrunda müqəddəs savaşa qalxmış Azərbaycan əsgərlərinə mənəvi və tibbi yardım göstərmək üçün cəbhəyanı xəstəxana və hospitallara yollanmışlar.

      Ötən müddət ərzində döyüşlərin getdiyi və  namərd düşmənin top atəşinə məruz qoyduğu  ərazilərə  Milli Onkologiya Mərkəzi tərəfindən davamlı şəkildə  sərf materialları, dərman preparatları və digər tibbi ləvazimat göndərilmişdir.

     Mərkəzdən bildirilmişdir ki, zərurət yarandığı təqdirdə kollektiv cəbhə və cəbhəyanı bölgələrdən müalicəyə ehtyacı olanları dərhal qəbul etməyə hazırdır. Bunun üçün xeyli miqdarda müalicə otağı, sarğı məntəqələri yaradılmış,  kifayət qədər qan ehtiyatı toplanmışdır. Tibbi yardıma ehtiyacı olan şəxslərə ən yüksək səviyyədə xidmət göstərmək üçün xüsusi tibbi  qruplar yaradılmışdır.

   Mərkəz  kollektivinin  topladığı   könüllü ianə  Milli Ordumuza Dəstək Fonduna keçirilmişdir.

     Milli Onkologiya Mərkəzi  ölkəmiz üçün taleyüklü olan bu günlərdə  Azərbaycan xalqının, onun şanlı ordusunun, Ali Baş Komandanın yanındadır!

    Qarabağ Azərbaycandır!