Xəbərlər
Həqiqət anı düzgün müəyyən ediləndə “ordu-xalq ” birliyi monolitləşir, qələbəni təmin edir
Şahlar Əsgərov
BDU-nun professoru, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri
“Biz düz yolla - haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanin çox gözəl gələcəyinə aparıb çıxaracaqdır”.
Heydər Əliyev
İnanıram ki, iki dalaşanın biri ağıllı olarsa, dava baş tutmaz. Azərbaycan Ermənistana 30 il şans verdi ki, bəlkəm ağlı başına gələ. Amma gəlmədi. Heç öz ata sözləri olan - “müsəlmanın sonrakı ağlı” də yadlarına düşmədi. Müharibə istədilər, onu da aldılar. Ttutovkadan vuraraq, Cənnətdən Cəhənnəmə tunel qazırlar.
Yadımdadır, 1994-ci ildə ABŞ səfiri R. Kozlarıç YAP-ı ziyarətə gəlmişdi. Mən də görüşdə iştirak edirdim. Fürsətdən istifadə edərək soruşdum: cənab səfir, sizcə bu konfliktin günahkarı kimdir? Səfirin cavabı belə oldu: “siz istəyirsiniz ki, günahkarı biz barmaqla göstərək. Biz onu etməyəcəyik”.
Şimal qonşumuzun mövqeyi mənə bəlli idi. Bu da ABŞ səfirinin mövqeyi. Hər tərəfdən ümüd işığı zəifləyirdi. Nə etməli?-sualı xalqımız üçün çəkisi çox ağır olan sual idi. Təskinliyimi Tofik Fikrətin misrası idi: Ölməz əbədi, hər kəsənin gündüzü vardır.
Sonralar başa düşdüm ki, böyük güclər bu konfliktin həll edilməsini yox, məhz həll ediməməsini istəyirlər və münaqişənin qloballaşmasını istəyirlər. Çünki, istənilən konflikt qloballaşanda onun həlli etmək, demək olar ki, qeyri mümkün olur. Bu səbəbdən ATƏT-in Minsk qrupu adında bizim üçün gərəksiz qurum yaratdılar. Bu qrupun məqsəd problemin həllini uzatmaq və həll etməmək idi. Bu fiirlər Parlamentlяrarası İttifaqın 103-ъц Амман конфрансында(02.05.2000) А Р нцмайяндя щейяти adından paylaşdığım“Konfliklərin qloballaşması” adlı mətndə yer almışdır.
Bu Minsk qrupun 15 illik fəaliyyətinə ulu öndər Heydər Əliyev ironiya ilə belə qiymət verdi:
"Əgər biz bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər ki, qız olsun, onu ərə verək. Ona görə biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır".
Yaşlar təzədən 15 il də artdı. Minsk qrupunun üzvüləri “evləndilər”.İndi onların “övladları” Qarabağın pulu hesabına Qərbdə kef çəkirlər.
Baş nazir Paşinyan oxşar modeldən istifadə edərək, Qarabağ müharibəsini regional müharibəyə çevirmək istəyir. Hər cəhdlə çalışır ki, Rusiyanı bu münaqişəyə cəlb etsin. O, bilir ki, Rusiya bu münaqişəyə qoşularsa, yəqin ki, Türkiyə kənarda qalmayacaq. Üstəlik İran, Fransa kimi digər dövlətlər də münaqişəyə qoşularaq və problem həll edilməyəcək.
Çox yaxşı ki, Azərbycan və Türkyə Ermənistanın bu təxribatçı niyyətini düzgün qiymətləndirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində dedi: “Ermənistanın əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir”.
Formanı qorumaq qanunu
Təbiətin “Formanı qorumaq” qanununa görə cisimlər (canlı və cansız) həmişə formasını qoruyurlar. Canlı orqanizmə (insan bədəninə və ya yaşıl ağaca) kəsici alətlə yara vurularsa, orqanizm öz əvvəlki formasını bərpa etməyə çalışır, yəni yaranı sağalmağa cəhd edər. Torpaq da, sərhədlərimiz də canlı orqanizmdir. Ermənistan azərbaycan torpaqlarını müharibə elan etmədən, namərdcəsinə yaralayıb. Azərbaycana Qarabağ yarası vurulub. Bu fiziki, bioloji yara sosioloji yolla həll edilir və öz əvvəlki formasını almağa cəhd edir. Torpaqları qaytarmalıyıq ki, yara sağalsın. Yaranı sağaltmaq niyyəti ilə biz öz torpağımızda vuruşuruq ki, ərazi bütövlüyümüz bərpa edilsin.
Həqiqət anı
Qarabağ problemi göstərdi ki, BMT və digər beynəlxalq qurumlar ikili standartlar səbəbindən haqqı müdafiə edə bilmirlər. Prezident İlham Əliyev vəziyyəti çox dəqiqliklə hesabladı və bəyan etdi: İndi həqiqət anıdır. Mənim üçün də, xalqımız üçün də, hamımız üçün həqiqət anıdır. Həqiqət anı möhürdü. Bu möhürlənən düşüncənin müddalarını belə təxmin etmək olar:
a) Dünyada ədalər yoxdur, ikili standartlar var;.
b) BMT və ATƏT –in Minsk qrupuna güvənc yoxdur;
c) Qarabağ probleminin həllinin sülh potensialı tükənib;
d) Dostu düşməndən ayırmaq zamanı, anı – həqiqət anıdır.
e) Ermənipərəst qüvvələrin bəyanatlarına qulaq asmamaq anı, həqiqət anıdır.
Bunları nəzərə alaraq Azərbaycan Prezidenti düşünülmüş tarixi qərar qəbul etdi: “bizin daha 30 il gözləməyə vaxtımız yoxdur”. Öncə Prezident Valday konfransında demişdi: “Qarabağ bizimdir və nida işarəsi!”
Mənim aləmimdə “nida” işarəsi hərəkət deməkdir, müharibə deməkdir.
Prezidentin həqiqət anı xalqın həqiqət anı idi. Həqiqət anı düzgün müəyyən ediləndə “ordu-xalq” birliyi monolitləşir, qələbəni təmin edir.
Erməni yalanı
ABŞ yazarı Robert Qrinin “Hakimiyyətin 48 qanunu” adlı dəyərli kitabında “Yalançı” adlı bir hekayə var. Hekayədə nəql edilir: Erməni padşahı ölkə əhalisini saraya toplayr və deyirki, kim mənə orjinal bir yalan danışsa, qızıldan hazırlanmış bu almanı ona verəcəm. Ermənilər bir bir yalan danışmaqa başlayırlar. Padşah hər danışanın sözünü kəsir və deyir: orjinal deyil, axırı belə qurtaracaq. Və beləliklə, gün başa çatır, ancaq padşah orjinal yalan əldə edə bilmir. Lap axırda bir qoca və çolaq erməni yaxınlaşır və deyir: parşah məndən borc aldığın bir küpə qızıl qaytar. Padşah: yalan danışma axmaq kişi- deyir. Qoca: əgər yalan danışıramsa, onda qızıl almanı ver.
Tarix boyu ermənilər yalan danışaraq çox qızıl almalar yeyiblər. Ancaq Qarabağ haqında yalanı “Arsaq” almasını yeyə bilməyəcək. Çünki Allah böyükdür!
Ali baş komandan Paşinyan haqqda deyir: “Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”.
İndi Paşinyanın Yalan (Fake) Xəbər maşını dünyaya yalan körükləyir. Son yalandan biri də “Azərbaycan ordusunda terroristlər və müzdlular var”- yalanıdır.
Azərbaycanın muzdlu döyüşçüyə əsla ehtiyacı yoxdur. Çünki, əvvala bizdə əsgər qıtlığı yoxdur. İkincisi də, muzdla döyüşən əsgər, azərbaycan əsgəri kimi cəngəvər döyüşə bilməz. Səbəb çox sadədir. Bizim əsgər müqəddəs ana torpaq uğrunda döyüşür. Muzdlu döyüşçü isə pul müqabilində döyüşər. Pul isə müqəddəs sayılmır.
Ermənistan Silahlı Qüvvələrinin tərkibində hökmən müzdlu döyüşçüyə ehtiac var. Çünki, erməni əsgərləri üzərində döyüşdükləri torpağın onların olmadığını yaxşı bilirlər və pis döyüşürlər. Bu səbəbdən qadınların, qocaların müharibəyə cəlb edilməsində Ermənistanda ehtiyac böyükdür. Onların ordusunda Yaxın Şərqdən və Yunanıstandan gətirilmiş terrorçular, muzdlu şəxslər iştirak edirlər.
Ədalətli mövqe
“Müharibəyə nə vaxt son qoyulacaq ?- TRT mexbirinin sualına Azərbaycan Prezidentinin cavabı çox aydın oldu: “Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Vəssalam! ”
Biz nə istəmişik, nə gördük
Azərbaycan Prezidentinin dünyaya mesajı: “Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?!” Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük? Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər.
Müqəddəs torpaq
İlham Heydər oğlunun “müqəddəs Şuşa şəhəri” ifadəsi yadıma 1993-cü ildə ulu öndər Heydər Əliyevin bir kəlamını saldı:
“Bizim hamımızın bir vətəni var. Bu Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq -bu Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər bir güşəsi bizim üçün müqəddəsdir”.
Müqəddəslik məqamı ulu məqamdır. Bunu hamı bilir. Müqəddəs amallar younda ölüm də haqq işdir. Qarabağ müqəddəs torpaqdır. Bu torpağın müqəddəsliyi bütün ölkə əhalisini Prezident ətrafında yumruq kimi birləşdirdi. Bu torpaq uğrunda bütün əhali, o cümlədən də milli azlıqların gəncləri qəhramancasına döyüşürlər. Hər işğaldan azad olmuş kəndə bütün ölkə sevinir.Hamı bir səslə təkrar edir:”Qarabağ Azərbacandır”.
Ölkənin birinci xanımı və vitse prezidenti Mehirban Əliyevanın kövrəldici duası hamını silkələdi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Allah saf düaları eşidəndir. bu torpağı öpmək hər birimizə tezlikl nəsib olar, inşAllah.
Qarabağın yeni tarixi yazılır. Bu tarixi yazanara Allahın salamı olsun. Ordumuza Ali Baş komandanın rəhbərliyi ilə yeni-yeni qələbələr arzulayıram. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Mən son cümləyə nida işarəsi qoyanda, həyətdə oynayan az yaşlı uşaqlar xorla ucadan oxuyurdular: “Qarabağ bizimdir, bizim olacaq!” “Qarabağ bizimdir, bizim olacaq!” ...