YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Torpaqlarmızın işğaldan azad edildiyi bir dönəmdə düşmənin bütün hərəkətlərinə hazır olmalıyıq

“Təmas xətti boyunca gedən döyüşlərdə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, 30 ilə yaxındır düşmən tapdağı altında qalan torpaqlarmızın işğaldan azad edilməsi bütün ermənilərin və onlara havadarlıq edən dairələrin yuxusunu ərşə çəkib. Azərbaycan Ordusunu dayandırmaq məqsədilə başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla bütün rəhbər şəxslər öz səviyyələrində müxtəlif ölkələrin prezidentlərinə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edirlər. Bu işdə xaricdə yaşayan erməni lobbisi xüsusi fəallıq nümayiş etdirir. Əldə etdiyimiz məlumata görə, ABŞ-da yaşayan erməni lobbisi Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə 1165 saylı qətnamə təqdim etməyi planlaşdırır. Qətnamənin həmmüəlliflərindən olan Jackie Speier məsələni Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün 46 Palata üzvünün dəstək imzasını alıb”. Bu fikirləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev bildirib ki, torpaqlarmızın işğaldan azad edildiyi bir dönəmdə düşmənin bütün hərəkətlərinə hazır olmalıyıq. O deyib: “Erməni lobbisinin təşəbbüsü ilə Konqresdə Nümayəndələr Palatasının müzakirəsinə çıxarmağı planlaşdırdığı 1165 saylı qətnamənin müəllifləri erməni qrupunun həmsədrləri Jackie Speier və Frank Pallonedir. Bu şəxslər uzun illərdir ki, ABŞ-da hakimiyyət dairələrində Ermənistanın maraqlarını qoruyurlar. Onların hər ikisi həm də erməni soyqırımı ilə bağlı aktın sponsorlarıdır. Bildiyimiz kimi, ABŞ-da seçkilər dövrü yaxınlaşır. Belə bir məqamda qətnamə müəllifləri erməni seçicilərin səslərini qazanmaq üçün fəallıq göstərirlər”.

T.Gəncəliyev diqqətə çatdırıb ki, sözügedən qətnamənin qəbulunun dayandırılması üçün ABŞ-da yaşayan soydaşlarımız bütün imkanlardan istifadə etməlidirlər. “Təxmini hesablamalara görə, ABŞ-da 40 min nəfər soydaşımız yaşayır. Hesab edirəm ki, soydaşlarımız yaşadıqları ərazidə yerli ştat və federal səviyyələrdə onları təmsil edən Nümayəndələr Palatasının üzvlərinə hazırkı durumla bağlı məlumatlar çatdırmalı, onlara məktublar ünvanlamalı, onlarla müxtəlif vasitələrlə əlaqə yaradıb 1165 saylı qətnamənin qəbulunun dayandırılmasına çalışmalıdırlar. Soydaşlarımız “Twitter” sosial şəbəkəsində də fəallıq nümayiş etdirməlidirlər. Bu gün ermənilərin bizə qarşı mübarizə apardığı hər bir sahə cəbhə xəttidir və biz bütün sahələrdə düşmənə zərbələr vurmalıyıq”, - deyə T.Gəncəliyev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv