YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək uğurlu inkişafı ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.