Xəbərlər
Azərbaycan Prezidentinin köməkçisi İsrail portalına müsahibəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən danışıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “Walla” xəbər portalına müsahibəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə danışıb.
Prezidentin köməkçisi müsahibəsində İsrail-Azərbaycan əlaqələrinə, xüsusilə də uğurlu hərbi əməkdaşlığa, ticarət tərəfdaşlığına da toxunub. “Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Biz əlaqələrimizi, eləcə də hərbi əməkdaşlığımızı yüksək qiymətləndiririk”, - deyə Hikmət Hacıyev qeyd edib.