YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Xaricdəki “təhqir və böhtan maşınları”nın məsuliyyətə cəlb edilməsi sosial tələbdir

“Bu gün spontan bir sosioloji sorğu keçirilərsə və insanlardan xaricdəki “təhqir və böhtan maşınları”nın davranışları barədə sual edilərsə, yalnız bircə cavab alınacaq: onlar xaindir və qanun qarşısında cavab verməlidir. Son vaxtlar da sosial şəbəkələrdə sadə vətəndaşların onların təhqirlərinə, Vətənimizə xəyanət əməllərinə etirazlarını da müşahidə etməkdəyik. Çünki, illərdir Avropada və başqa ölkələrdə məskunlaşmış həmin anti-Azərbaycan şəbəkəsinin nümayəndələri “demokratiya” adı altında sosial şəbəkələrdə bir söyüş, təhqir platforması yaradaraq xalqımızın və dövlətimizin imicinin ləkələnməsinə, milli maraqlarımızın zərbə altına salınmasına səbəb olublar. Bu səbəbdən də, xaricdəki “təhqir və böhtan maşınları”nın törətdikləri cinayətlərinə görə məsuliyyətə cəlb edilməsi sosial tələbdir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, adını müxalifət qoyub milli maraqlara zərbə vurmaq, hər fürsətdə siyasi-ictimai stabilliyi pozmağa cəhdlər etmək, insanların sosial vəziyyətindən siyasi məqsədlər naminə istifadə edib dövləti təzyiqlər qarşısında qoymaq düşmənçilikdən başqa bir şey deyil. “Beşinci kolon”un uzantıları olan Sevinc Osmanqızı, Qənimət Zahid, Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və başqa anti-milli ünsürlər xalqa və dövlətə düşmən kəsiliblər.

Sədaqət Vəliyeva əlavə edib ki, cəmiyyətimiz ayıq-sayıq olmalı, adları çəkilmiş düşmənlərin xəyanət əməllərinə qiymət verilməli, məhkəmə ilə cinayətlərinə cəza kəsilməlidir: "Əgər bu cür Vətən xainlərinin qarşısını zamanında alınmasa, onlar dövlətimizə, xalqımıza ağır zərbələr vura bilərlər. Çünki, onları yalnız şəxsi maraqları düşündürür, özlərinin, övladlarının xaricdəki bahalı həyatının təminatı maraqlandırır. Bu mənada bir olaq, güclü olaq, Vətənimizi, dövlətimizi Sevinc Osmanqızı, Qənimət Zahid, Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı kimi düşmənlərdən qoruyaq. Əgər bunu bu gün etməsək, gələcək nəsillərimiz üçün ermənilərdən daha dəhşətli, qorxulu bir xəyanətkarlar sinfi, düşmənlər formalaşa bilər”.