YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqil Məmmədov: Müharibəyə hər an hazır olmaq lazımdır

“Görünən budur ki, Ermənistan tərəfi müharibə hazırlıqlarına başlayıb. İşğalçı ölkə bu məqsədlə Livandan və digər ölkələrdən muzdlu dəstələr gətirir. Həmçinin düşmən havadarlarları tərəfindən silahlandırılır”.

Bu fikirləri “Yeni Tv”-nin canlı efirində Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Ermənistanın tərxribat dolu addımlarına beynəlxalq təşkilatların lazımı münasibət bildirməməsinə toxunan deputat bildirib ki, bu mənada həmsədrlərin 23 illik fəaliyyəti sıfıra bərabərdir: “Əgər Rusiya tərəfi Ermənistanı silahla təmin edirsə bu zaman hansı həmsədrlikdən danışmaq olar?! Bu yaxınlarda Rusiya qəzetlərindən birində sifarişlə yazılan məqalədə qeyd olunurdu ki, guya Azərbaycan döyüşmək üçün Suriyadan silahlılar qüvvələr gətirir. Buna cavab olaraq Müdafiə Nazirliyi bildirdi ki, Azərbaycanın kənar qüvvələrdən kömək almağa ehtiyacı yoxdur. Çünki ölkəmizin işğal altında olan torpaqlarını geri almaq üçün yetərincə güclü ordusu var. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, kənardan heç bir müdaxilə edilməsə, biz özümüz torpaqlarımızı geri almaq gücündəyik”.

A.Məmmədov qeyd edib ki, Ermənistan münaqişə ilə bağlı tək başına qərar vermək iqtidarında deyil: “Ermənistan icraçı rolunda çıxış edir. Paşinyana havadarları hansı komandanı versə, o addımı atacaq. Çünki hazırkı vəziyyətdə sülh mümkün görünmür. Lakin düşmən tərəfində gedən hazırlıqlar, silahlanma və səfərbərlik onu göstərir ki, müharibəyə hər an hazır olmaq lazımdır. Ermənilərin məkirli planlarını dəfələrlə görmüşük və onlar bunu dəfələrlə sübut ediblər. Ermənistan kimi dövlətlə qonşuyuqsa, ayıq –sayıqlığımızı itirməməliyik”.