YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan-Türkiyə əlaqələri bölgədə sülhün, stabilliyin, təhlükəsizliyin və inkişafın qarantıdır

“Bu gün yüksək strateji əməkdaşıq çərçivəsində iki qardaş dövlət olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının sürətli inkişafını ilk növbədə ildən-ilə dünyada artan bölgəsəl və kürəsəl təhlükələrin təhdidi zəmin yaradır. Daha dəqiq desək, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın güclənməsi, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, yaşadığımız üçüncü minilliyin üçüncü onilliyində bəşəriyyət müxtəlif qlobal təhlükə və çağırışların əhatəsindədir.Bu problemlərin doğurduğu təhdidlərin ildən-ilə artması və genişlənən coğrafiyası dövlətlərin təkbaşına və ya kollektiv şəkildə onlara qarşı mübarizəsində ciddi çətinliklər yaradır. Bu mənada dünya dövlətlərinin mövcud əməkdaşlığının güclənməsi günün vacib məsələlərindəndir. Dünyanın bir parçası olan Azərbaycan da çağdaş dünyada baş verən geosiyasi proseslər fonunda özünün milli maraqlarına uyğun, ikitərəfli və çoxtərəfli müxtəlif platformalarda və üzvü olduğu təşkilatlarda mövqeyini daha da gücləndirir. Bu platformalarda biri, hətta ən əhəmiyyətlisi ildən-ilə daha da möhkəmlənən tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələridir.

 Millət vəkilinin sözlərinə görə, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə yanında olublar: “Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini vacib şərtlərindəndir. Möhtərəm Prezidentimizin sözləri ilə desək, Türkiyə-Azərbaycan əlaqələri bütün türk dünyası və türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün çox mühümdür”.

DİGƏR Xəbərlər Arxiv