Xəbərlər
Prezident İlham Əliyev Slovakiyanın Prezidenti xanım Zuzana Çaputovaya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti xanım Zuzana Çaputovaya ölkəsinin milli bayramı – Konstitusiya Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.