YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı Ağ Şəhər” ofis binası BREEAM sertifikatına layiq görülüb

“Bakı Ağ Şəhər” ofis binası Azərbaycanda ilk dəfə beynəlxalq ekoloji BREEAM sertifikatına layiq görülüb.
“Bakı Ağ Şəhər”in mətbuat xidmətindən bildirilib ki, BREEAM sertifikatı nəinki binanın enerji effektivliyini, həm də ekoloji dizayn və tikintini təsdiqləyən beynəlxalq sənəddir. BREEAM “Bakı Ağ Şəhər”in növbəti layihələrini də erkən mərhələlərdə dəyərləndirəcək.
Qeyd edək ki, BREEAM innovativ binaların ekoloji qiymətləndirmə sistemidir və Böyük Britaniyanın “BRE Global” şirkəti tərəfindən 1990-cı ildə yaradılıb. Bu gün BREEAM sxemi yüksək texnologiyalı binalar üçün beynəlxalq keyfiyyət nişanıdır. Dünyada 24 min layihə üçün 425 mindən çox BREEAM sertifikatı verilib və 1,9 milyondan çox layihə sertifikatlaşdırma üçün qeydə alınıb.