Xəbərlər
2014-cü ildə BTC kəməri ilə 28,5 milyon ton Azərbaycan nefti nəql olunub
2014-cü ilin dekabrında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə 2 milyon 462 min 950 ton Azərbaycan nefti nəql edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında isə bu kəmərlə 28 milyon 508 min 192 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən bu il yanvarın 1-dək kəmərə 263 milyon 649 min 785 ton neft vurulub.
Dekabrda BTC kəməri ilə ümumilikdə 644 min 134 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.