YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Seyidzadə: Görülən işlərin əsas məqsədi insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır

“COVID-19 dünyada pandemiya elan edilməsindən ötən müddət ərzində ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılıb, vətəndaşların sağlamlığının təmin edilməsi üçün mühüm qərarlar qəbul olunub. Ölkənin səhiyyə imkanlarının və sisteminin təkmilləşdirilməsi ilə yanaşı, post-pandemiya dövrü ilə bağlı da mühüm qərarlar qəbul edilir. Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılıb. Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasında olması bunları təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır”. Bu fikirləri  Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Ş.Seyidzadə bildirib ki, ilkin mərhələdə sərt, növbəti mərhələdə yumşaldılmış xüsusi karantin rejiminin müsbət nəticələri və trendləri nəzərə çarpır. Prosesin ciddi formada işlənilməsi, tətbiq edilən qaydalar və məhdudiyyətlər bugünkü nəticələrin əldə olunmasına imkan verib.

Deputat qeyd edib ki, ölkəmizdəki müsbət dinamika dövlətin prosesi nəzarətə götürərək sistemli və düzgün iş aparmasından, eləcə də vətəndaşların qayda və qanunlara riayət etmələrindən irəli gəlir. Artıq yoluxma sayında yüksəliş yoxdur. Bu kontekstdə tətbiq edilən məhdudiyyətlər növbəti dövrdə sistemli və mərhələli formada yumşaldıla bilər. Yumşalma o demək deyil ki, verilən tövsiyələrə məhəl qoyulmamalıdır. Hazırda virusla mübarizə davam edir və təəssüf ki, gündəlik yoluxma halları qeydə alınır.

Deputatın sözlərinə görə, qoruyucu maskalardan, tibbi və təmizləyici məhlullardan istifadə, iaşə obyektlərinin vaxtaşırı dezinfeksiya edilməsi, sosial məsafənin qorunması kimi vərdişlər davam etdirilməlidir. Çünki artıq virusla mübarizədə əsas şərt əldə edilmiş ilkin uğurun qorunub saxlanılmasıdır. Ümumiyyətlə, bu sanitar vərdişlər qarşıdakı fəsillərin gətirdiyi ənənəvi qrip və digər xəstəliklərin də qarşısını almaqda uğurlu olacaq.

 “Statistika, əldə edilən müsbət nəticələr və virusla mübarizədə qazanılan uğurlar göstərir ki, dövlətimiz koronavirusla mübarizə məsələsini ciddi nəzarətdə saxlayır. Təbii ki, vətəndaşlarımız da məsuliyyətlə davranaraq balansın qorunması, virusla mübarizədə birliyin göstərilməsi üçün müəyyənləşdirilən qayda və tövsiyələrə yüksək səviyyədə əməl etməlidirlər”, - deyə Şahin Seyidzadə fikirlərini yekunlaşdırıb.

DİGƏR Xəbərlər Arxiv