Xəbərlər
Vahid Əhmədov: Ölkəmizdə düzgün iqtisadi siyasət həyata keçirilir

«Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək. Çünki ölkəmizdə düzgün iqtisadi siyasət həyata keçirilir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, Azərbaycan valyuta ehtiyatlarını ildən ilə artırır. Onun sözlərinə görə, hər il qeyri-neft sektorunda artım baş verir.
«Dünyanın siyasi və iqtisadi aləmində ciddi dəyişikliklər baş verir. Azərbaycan dövləti də bu proseslərə hazırlığı diqqət mərkəzində saxlayır. Ölkəmizin kifayət qədər valyuta ehtiyatı var. Qeyri-neft sektorunun inkişafında get-gedə daha güclü artımlar baş verir. Bu amil isə Azərbaycanın dövlət büdcəsində neft gəlirlərinin çəkisinin aşağı düşməsinə səbəb olur»- deyə, komitə üzvü qeyd edib.