Xəbərlər
Prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsinin icrası haqqında Qanunu imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qanuna əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası gəlirlər 24 milyard 218 milyon 61,7 min manat, xərclər 24 milyard 425 milyon 914 min manat məbləğində olmaqla təsdiq edilib.