YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emin Hacıyev: Azərbaycan dövləti bu çətin dövrdə belə, öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir

“Başa çatmaqda olan həftə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara səfəri, keçirilən mühüm görüşlər və bu görüşlər zamanı verilən maraqlı mesajlarla yadda qaldı.

Gəncə, Mingəçevir və Samuxa səfərlər mühüm əhəmiyyət daşıyır və pandemiya dövründə belə, regionların sosial-iqtisadi inkişafının ölkə rəhbərliyi tərəfindən diqqətdə saxlanıldığını sübut edir. Yürüdülən siyasət regionlarda yeni müəssisələrin açılmasına, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəlməsinə, eləcə də məhsul istehsalının artımına xidmət edir”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Emin Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə səfərdə olarkən “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak edib, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar. Həmçinin “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib, Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Gəncə səfəri zamanı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı dövlətimizin həyata keçirdiyi tədbirlərin bariz nümunəsidir.

Bundan başqa, cənab Prezident Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi, “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısı Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasiminə qatılıb.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirakı isə xüsusi önəm daşıyır. Bu, ölkəmizdə ordu quruculuğuna, Azərbaycan Ordusunun güclənməsinə olan diqqətin nümunəsi, Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür.

Beləliklə, bu gün ölkəmiz bütün sahələrdə inkişaf edir. Hərbi gücümüz artır, beynəlxalq müstəvidə güclənirik, ölkə daxilində sabitlik hökm sürür, iqtisadi sahədə islahatlar aparılır, sosial problemlər tez bir zamanda həllini tapır, regionlarımız inkişaf edir. Bütün bunlar Azərbaycan dövlətinin bu çətin dövrdə belə, öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirirərək, hər zaman öz vətəndaşının yanında olduğunu sübut edir”-deyə, millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv