YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AVCİYA: Bələdiyyə seçkiləri demokratik normalara uyğun keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı dekabrın 23-də ölkəmizdə keçirilmiş bələdiyyə seçkilərinin müşahidəsinə dair ilkin rəyini açıqlayıb.
AVCİYA seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, seçki günü məntəqələrdəki səsvermənin vəziyyəti, seçici fəallığı barədə məlumatlar 5 dəfə qərargahda toplanaraq ümumiləşdirilib. Yekun hesabat 2015-ci il yanvarın 8-dək ictimaiyyətə təqdim ediləcək.
Qeyd edilib ki, AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçici fəallığı 39,7 faiz təşkil edib. AVCİYA həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli qaydada keçirilib.

DİGƏR Xəbərlər Arxiv