YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Prezident İlham Əliyev son 10 il ərzində formalaşdırdığı sosial-iqtisadi kompleks forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb

«Prezident İlham Əliyev son 10 il ərzində formalaşdırdığı sosial-iqtisadi kompleks və idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb». Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İnkişafın 10 ili: 2004-2014" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

S.Müslümov bildirib ki, hökumətin əsas diqqətinin sosial siyasətə yönəldilməsi hər bir insanın sosial rifahına zəmanət yaratmış olur. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sosial-iqtisadi inkişaf istiqamətində atdığı addımlar Onun 2003, 2008 və 2013-cü illərdəki prezident seçkiləri kampaniyaları dövründəki platformalarında tamamilə açıq şəkildə öz əksini tapmışdı.

«2003-cü ildə cənab İlham Əliyev ilk dəfə prezident seçkilərinə gedən zaman əsas mövzu kimi 5 il ərzində ölkədə 600 min iş yeri açılacağını, regionların sosial-iqtisadi baxımdan sürətlə inkişaf edəcəyini və yoxsulluğun sürətlə azaldılacağını öz platformasında əsas məsələlər kimi qoymuşdu. Onun sözlərinə görə, bu məsələlər cəmiyyətdə konsolidasiya üçün birbaşa rol oynayan məsələlərdir.

«2008-ci il seçkilərinin nəticələri cənab Prezidentin bu qoyduğu məqsədlərə necə nail olduğunu açıq şəkildə nümayiş etdirdi. 2008-ci ildə Prezident İlham Əliyev bu təməl əsasında özünün yeni platformasında artıq modernləşmə və iqtisadiyyatın sürətli inkişafı, eləcə də bütün iqtisadi və sosial proqramların icrası və sosial rifahın sürətlə yaxşılaşdırılmasını əsas götürdü. 2008-2013-cü illər ərzində Azərbaycanın sürətli iqtisadi inkişafı artıq 2013-cü ildə cənab Prezidentə yeni platformasında Azərbaycanın dünyaya sosial dövlət kimi təqdim edilməsi məsələsini bəyan etməyə imkan verdi»- deyə, S.Müslümov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv