YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Avropa Şurası ermənipərəst dairələrin tribunasına çevrilib

“Azərbaycan beynəlxalq miqyasda ən nüfuzlu ölkələrdən biridir. Ölkəmiz ötən illər ərzində bütün sahələrdə böyük nailiyyətlər əldə edib, siyasi, sosial-iqtisadi, humanitar sahələrdə ciddi nailiyyətlər qazanılıb. Eyni zamanda, ölkəmizdə demokratik cəmiyyət bərqərar edilib, bütün xalqların, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycan tolerantlıq və multikultural ölkə kimi dünya üçün nümunədir. Bundan başqa, koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində atdığı addımlar dünya miqyasında təqdir olunur”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Millət vəkilinin fikrincə, təbii ki, ölkəmizin inkişafı və dünyada artan nüfuzu müəyyən dairələri ciddi şəkildə narahat edir. Sevinc Hüseynova bildirib ki, Azərbaycanın müsbət imicinə zərbə vurmaq istəyənlər əsasən erməni lobbisi və antiazərbaycançı mərkəzlərdir. Onun sözlərinə görə, həmin dairələr müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı şər-böhtan kampaniyası aparırlar: “Belə təşkilatlardan biri də Avropa Şurası və onun Parlament Assambleyasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı bu təşkilatın gerçək üzünü çox dəqiq izah etdi. Cənab Prezident qeyd etdi ki, “Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür”. Həqiqətən də, təşkilatın fəaliyyətinə nəzər yetirərkən “Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır” atalar məsəli yada düşür. Avropada irqi ayrı-seçkiliyin, islamafobiyanın tüğyan etməsi bunu deməyə əsas verir. Məlumdur ki, Yaxın Şərqdə və Afrikada münqişələrdən əziyyət çəkən dinc insanlar Avropaya miqrasiya edirlər. Amma Avropa ölkələri həmin miqratları qəbul etmir, onlar ciddi təzyiqlərə, haqsızlığa məruz qalırlar. Eləcə də, Avropada etiraz aksiyalarında nümayişçilər polis zorakılığına məruz qalsa da, AŞPA heç zaman bu məsələləri nə müzakirəyə çıxarmır, nə də etiraz etmir. Lakin Azərbaycanda ən xırda nöqsan baş verərsə, onun ətrafında böhtan və iftiralar atmağa çalışırlar. ”.

Millət vəkili xatırladıb ki, Avropa Şurasına eyni vaxtda qəbul olunan Azərbaycan və Ermənistan qurum qarşısında bir sıra öhdəliklər götürüblər: “Təşkilata üzv olarkən Azərbaycan Dağlıq Qarabağ probleminin qurumun dəstəyi ilə ədalətli həll olunacağına ümid edirdi. Çünki Avropa Şurasına üzv olarkən hər iki dövlətin üzərinə götürdüyü öhdəliklərdən biri  münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli ilə bağlıdır. Azərbaycan bu öhdəliklərə əməl edir. Amma Ermənistan işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Bu işğalçılıq siyasəti nəticəsində hələ də 20 faiz torpağımız işğal altında, 1 milyondan çox insan öz torpaqlarından didərgin vəziyyətə düşüb. Bu o deməkdir ki, Ermənistan qurum qarşısında öhdəliklərini yerinə yetirmir, öz təcavüzkar siyasətini davam etdirir. Avropa Şurası isə işğalçıya qarşı sərt tədbirlər görmək, sanksiyalar tətbiq etmək əvəzinə, işğalçı siyasətə, beynəlxalq hüququn pozulmasına  göz yumur, məsələlərə ikili standartlar mövqeyindən çıxış edir. Halbuki, təşkilatın əsas təməl prinsipi insan hüquqlarının müdafiəsidir. Belə bir halda, Avropa Şurasının 1 milyondan çox azərbaycanlının Ermənistanın işğalçı siyasəti nəticəsində doğma torpaqlarından qovulmasına qarşı addımlar atmaması təşkilatın iç üzünü bir daha göstərir. Diğər tərəfdən, qurumun işğal olunmuş Dağlıq Qarabağ bölgəsində   qanunsuz “seçkilərə” münasibət bildirməməsi, onu pisləməməsi də bunu bir daha təsdiqləyir. Bir sözlə, Avropa Şurası, onun Parlament Assambleyası ermənipərəst dairələrə xidmət edir və onların tribunasına çevrilib. Bu səbəbdən də, həmin təşkilat Azərbaycan ictimaiyyətində nüfuzunu itirib”.

S.Hüseynova söyləyib ki, həmin “seçkiləri” AŞ-dan başqa bütün nüfuzlu beynəlxalq təşkilatlar kəskin şəkildə pisləyib. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər təşkilatlar bu seçki şousunu pislədilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan müstəqil siyasət həyata keçirir və hər hansı təzyiqdən çəkinmir: “Çünki dövlətimiz düzgün yoldadır və bu yolda bundan sonra da inamla irəliləyəcək. Dövlətimiz yeganə probemimiz olan Dağlıq Qarabağ məsələsini də həll edəcək, bütün torpaqlarımız işğaldan azad olunacaq”.

DİGƏR Xəbərlər Arxiv