YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Azərbaycan COVID-19-a qarşı mübarizədə də təşəbbüskar dövlət kimi çıxış edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir. Azərbaycan milli səviyyədə əldə etdiyi nailiyyətlərin davamı olaraq, qlobal səviyyədə gedən prosesləri də yaxından dəstəkləyir və COVID-19 virusuna qarşı mübarizədə də təşəbbüskar bir dövlət olaraq çıxış edir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

“Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə çox qısa bir vaxt kəsimində, yəni, aprelin 10-da və mayın 4-də iki mötəbər Zirvə görüşü - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkətının onlayn Zirvə görüşləri keçirildi. Bütün bunlar Azərbaycan Respublikası tərəfindən qlobal həmrəyliyə, əməkdaşlığa verilən töhfələrdir.