Xəbərlər
Elman Rüstəmov: İnflyasiyanı ilin sonunadək məqsədlər və hədəf çərçivəsində proqnozlaşdırırıq
Cari ilin ilk 4 ayında Azərbaycanda orta illik inflyasiya 3 faiz təşkil edib. Bu, Mərkəzi Bankın və hökumətin hədəfindən aşağıdadır.
Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 13-də keçirdiyi mətbuat konfransında deyib.
“İnflyasiyanı ilin sonunadək məqsədlər və hədəf çərçivəsində proqnozlaşdırırıq. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq”, - deyə E.Rüstəmov qeyd edib.