YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: 2019-cu ildə ilk dəfə olaraq büdcə gəlirlərinin də audit edilməsi mühüm addımdır

2019-cu ildə ilk dəfə olaraq təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır. Ümumilikdə hesabatı müsbət dəyərləndirirəm. Lakin 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz. Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışın az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir.

Bunu Milli Məclisin mayın 1-də keçirilən iclasında “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

O qeyd edib ki, dövlət maliyyə nəzarəti orqanın fəaliyyətində anlaşılanlıq vətəndaşın inamını daha da artıran parametrlərdir. Daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir.

“Hesabat həm də bizim komitə qarşısında böyük çağırışlar yaradır. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var”, - deyə komitə sədri bildirib.