Xəbərlər
İndiyədək ölkəmizdə koronavirusun müəyyənləşdirilməsi üçün 114 min 410 test aparılıb
Azərbaycanda koronavirusun diaqnostikası üçün 18 laboratoriya fəaliyyət göstərir. Ötən müddət ərzində ölkəmizdə koronavirusun müəyyənləşdirilməsi məqsədilə 114 min 410 test aparılıb. Bu gün aparılan testlərin sayı isə 4127-yə bərabərdir.
Bu sözləri aprelin 24-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu göstəriciyə görə Azərbaycan ön sırada olan ölkələrdəndir.