Xəbərlər
Lənkəran sakini Prezidentə yazır: Siz Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf etməsinə çalışırsınız
“Hörmətli cənab Prezident, dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz. Mən nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm”.
Bu sözlər Lənkəran rayonunun Türkəkəran kəndinin sakini Saleh Cəfərovun Prezident İlham Əliyevə minnətdarlıq məktubunda yer alıb. O, məktubunda daha sonra yazır: “Hörmətli Prezidentimiz, Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd peyğəmbərin başı üstündə bərqərar etdiyi kölgəni Sizin və Sizin simanızda ailə üzvlərinizin başı üstündən əskik eləməsin! Hörmətli Prezident və Mehriban xanım. Siz işdə olun, biz evdə olarıq və biz birlikdə bu bəlaya qalib gələcəyik”.